13 Avqust 2022 23:34
414
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Adımdan uydurma və cəfəng sitat paylaşanların nəzərinə: bu cür yanaşma sərgiləyənlər unutmasınlar ki, yanlış məlumat və təhqir olunma qanun çərçivəsində tənzimlənir!".

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Sevinc Fətəliyeva sosial şəbəkədə yazıb.

Xanım deputat onun adından yanlış məlumat paylaşılmasının hüquqi məsuliyyət yaratdığını qeyd edib.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Sevinc Fətəliyevanın adından "Bəzən sosial şəbəkələrdə elə fikirlər səslənir ki, utandığım üçün 2-3 gün evə getməyib oteldə qalıram" sitatı paylaşılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər