15 Avqust 2022 14:23
312
12 Punto 14 Punto 16 Punto 18 Punto

15 avqust saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə X siniflər üçün şagird yerdəyişməsi prosesinə start verilib.

Elm və Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

Valideynlər üçün sy.edu.az elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 5 sentyabr saat 18:00-dək davam edəcək.

Valideynlər 9 sentyabr saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.


Müəllif: Teleqraf.com