2020-ci ilədək Azərbaycanın dövlət qurumlarının bütün xidmətləri elektron formata keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov “Elektron hökumətin qurulmasının problemləri” adlı birinci elmi-praktik konfransda deyib. Onun sözlərinə görə, hazırda 2013-cü ildə işə salınmış “Elektron hökumət” portalında istifadə edilə bilən xidmətləri əldə etmək üçün müraciətlərin sayı 6 milyona çatır: “Təqribən 1 milyon ölkə vətəndaşı dövlət qurumlarının aktiv istifadəçisidir”.
Ə.Abbasov qeyd edib ki, yaxın vaxtlarda informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafı üzrə yeni dövlət proqramının təsdiq edilməsi gözlənilir: “Hazırda elektron hökumət portalında 45 dövlət strukturunun təqribən 400 elektron xidməti əlçatandır. İlk növbədə, elektron hökumətin yaradılmasında əsas diqqət bu və ya digər dövlət strukturlarına müracət edərkən tez-tez müəyyən çətinliklərlə üzləşən əhali təbəqələrinə ayrılmalıdır”.
İLHAMƏ