16 Avqust 2022 11:20
369
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dövlət Sərhəd Xidmətinin bütün sahələrində ardıcıl həyata keçirilən islahatların səmərəliliyi ilk növbədə xidməti göstəricilərdə öz əksini tapıb. Azərbaycan sərhədçiləri tərəfindən son bir il ərzində 448 nəfər sərhəd pozucusu, 861 nəfər sərhəd rejim pozucusu saxlanılıb”.

Teleqraf.com xəbər verir ki, bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bir il ərzində 2 594 nəfər hüquq mühafizə orqanları tərəfindən axtarışda olan, 5 nəfər özgəsinə məxsus, 289 nəfər saxta sənədlə dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılıb: “Ümumi dəyəri təxminən 76 443 870 manat olan qaçaqmalın, o cümlədən 95 151 ədəd psixotrop dərman preparatının və 1 ton 14 kq 275 qram narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər