“Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində İranın Yəzd şəhərində keçirilən “Snayper həddi” müsabiqəsində plana uyğun birinci mərhələnin ilk çalışması icra edilib.
Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Atışlar zamanı bütün təhlükəsizlik qaydalarına ciddi riayət olunub.
Snayperlərimiz təyin olunmuş vaxt ərzində 300-600 metr məsafədə yerləşən üç hədəfə atəş açmaq üzrə çalışmanı bacarıqla yerinə yetiriblər.