18 Avqust 2022 16:24
372
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il dünya üzrə 235 milyon insanın humanitar yardıma ehtiyacı olduğu halda, bu il Ukrayna müharibəsinin təsiri ilə bu rəqəmin təxminən 40 milyon artacağı gözlənilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar İşlər üzrə Koordinasiya Ofisi (OCHA) məlumat yayıb.

Bildirilir ki, 2020-ci ildə hər 45 nəfərdən birinin ehtiyacı olduğu halda, 2021-ci ildə dünyada 235 milyon insanın və ya hər 33 nəfərdən birinin humanitar yardıma və müdafiəyə ehtiyacı var.

Qlobal Humanitar Görünüş Hesabatına görə, Ukrayna müharibəsinin təsiri ilə bu il humanitar yardıma və müdafiəyə ehtiyacı olan insanların sayının 274 milyona yüksələcəyi gözlənilir. Bu isə o deməkdir ki, dünyada yaşayan hər 28 nəfərdən birinin humanitar yardıma ehtiyacı var.

BMT və tərəfdaş təşkilatlar vasitəsilə ümumilikdə 64 ölkədə təxminən 183 milyon insana humanitar yardımın çatdırılması planlaşdırılır. Bu yardımlar üçün 41 milyard dollara ehtiyac olacaq.

Ötən il 160 milyon insana humanitar yardım üçün 35 milyard dollar xərclənib.

Müharibədən sonra 3 milyona yaxın insanın məcburi köçkünə çevrildiyi və ya müxtəlif qonşu ölkələrdəki düşərgələrdə məskunlaşdığı Ukrayna bu il humanitar yardımların köçürüləcəyi ölkələr sırasında olacaq.

Təxminən 3 milyon insandan 1,8 milyona çatmağı hədəfləyən BMT və tərəfdaş təşkilatların humanitar yardım üçün təxminən 190 milyon dollar xərcləməsi planlaşdırılır.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər