18 Avqust 19:12
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1456 vaksin vurulub.

Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 222, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 192, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 885, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 157 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 844 344 təşkil edir.


Müəllif: Teleqraf.com