19 Avqust 2022 17:33
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Qəbələ şəhərində, Nazirliyin Şimal-qərb Regional Mərkəzinin inzibati binasında Qəbələ və Oğuz rayonlarının sakinlərinin qəbulunu keçirib.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, Fövqəladə hallar naziri tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri və Nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi də vətəndaşları qəbul edib.

Ümumilikdə, müraciət etmiş 200-dən artıq vətəndaş qəbul edilib.

13:45

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov avqustun 19-da Qəbələ şəhərində, Nazirliyin Şimal-qərb Regional Mərkəzinin inzibati binasında Qəbələ və Oğuz rayonlarının sakinlərinin qəbulunu keçirir.

Teleqraf.com nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, əvvəlcə, nazir K.Heydərov ümummilli lider Heydər Əliyevin Regional Mərkəzin həyətində ucaldılmış büstünü ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, nazirliyin strukturuna daxil olan qurumların rəhbərləri və baş idarə rəisləri də vətəndaşları qəbul edir.

Hazırda qəbul davam edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər