4 Dekabr 2014 18:00
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Raden Prayono Atiyantonu qəbul edib.

Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə iki ölkə arasında humanitar sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub. M.Qurbanlı qeyd edib ki, Azərbaycanla İndoneziya arasında bütün sahələr üzrə əlaqələr uğurla inkişaf edir.

Azərbaycanda olduğu iki il ərzində gördüyü işlərdən danışan səfir ölkəsinin Azərbaycan ilə dostluğu və əməkdaşlığı daha da genişləndirməyə maraqlı olduğunu bildirib. Ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsindən razılığını ifadə edən diplomat iqtisadi və humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.

Görüşün sonunda səfir M.Qurbanlını 2015-ci ilin fevral-mart aylarında Cakartada keçirilməsi nəzərdə tutulan "İslam alimlərinin 4-cü Beynəlxalq Konfransı"na dəvət edib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər