Sabah saat 08:00-dan avqustun 21-i saat 20:00-a qədər Bakının Nizami rayonunun Mikayıl Əliyev küçəsi ilə Mehdi Abbasov küçəsinin kəsişməsində yerləşən dairədə aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə Teleqraf.com-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 6 sayda müntəzəm marşrutun (M8,1, 62,184, 214 və H1 nömrəli) hərəkət sxemi müvəqqəti olaraq alternativ küçələrlə təşkil ediləcək.
Dəyişikliyə əsasən:
M8 nömrəli marşrutun hərəkət sxemi Maştağa qəsəbəsi istiqamətində dəyişdirilərək “Koroğlu” yolqovşağı – “Koroğlu” m/st (Atletlər kəndinin yaxınlığı) – X.R.Ulutürk küçəsi – Böyükşor parkı – Heydər Əliyev prospekti daha sonra öz hərəkət sxemi üzrə;
1 nömrəli marşrutun hərəkət sxemi “Neftçilər” m/st istiqamətində dəyişdirilərək “Koroğlu” yolqovşağı – “Koroğlu” m/st (Atletlər kəndinin yaxınlığı) – X.R.Ulutürk küçəsi – Ziya Bünyadov prospekti – “Qara Qarayev” prospekti daha sonra öz hərəkət sxemi üzrə;
62 nömrəli marşrutun hərəkət sxemi Sabunçu qəsəbəsi istiqamətində dəyişdirilərək Əli Vəliyev küçəsi – Kamil Balakişiyev küçəsi – Mikayıl Əliyev küçəsi daha sonra öz hərəkət sxemi üzrə;
184 nömrəli marşrutun hərəkət sxemi Suraxanı qəsəbəsi istiqamətində dəyişdirilərək Koroğlu yolqovşağı – Koroğlu m/st (Atletlər kəndinin yaxınlığı) – X.R.Ulutürk küçəsi - Heydər Əliyev prospekti daha sonra öz hərəkət sxemi üzrə;
214 nömrəli marşrutun hərəkət sxemi Ramana qəsəbəsi istiqamətində dəyişdirilərək İlham Müzəffəroğlu küçəsi – Tofiq Abbasov küçəsi - Əli Vəliyev küçəsi – Kamil Balakişiyev küçəsi – Mikayıl Əliyev küçəsi daha sonra öz hərəkət sxemi üzrə;
H1 nömrəli marşrutun hərəkət sxemi Hava Limanı istiqamətində dəyişdirilərək Koroğlu yolqovşağı – Koroğlu m/st (Atletlər kəndinin yaxınlığı) – X.R.Ulutürk küçəsi – Böyükşor parkı – Heydər Əliyev prospekti daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək.