Tut meyvəsi kimi yarpaqları da vitamin və minerallarla zəngindir. Tut yarpağından əldə edilən çay bir çox xəstəliyin müalicəsində istifadə edilir, şəfa mənbəyi kimi göstərilir.
Teleqraf.com tut yarpağının inanılmaz faydalarını təqdim edir.
Yarpaqdan hazırlanan çay temperaturu aşağı salır, həmçinin çayın sidikqovucu təsiri sayəsində bədəndəki şiş (ödəm) azalır.
Tut yarpağı çayı qanda şəkər səviyyəsini tarazlaşdırmağa kömək edir, eyni zamanda ürək xəstəliklərinin yaranmasının qarşısını alır. Bunun üçün tut yarpağını və yemişan çiçəyini birlikdə qaynadıb suyunu içmək məsləhət görülür.
İltihab əleyhinə təsiri ilə infeksiyanı azaltmağa kömək edir. Antioksidantlarla zəngin olması sayəsində immunitet sistemini gücləndirməyə və xroniki xəstəliklərdən qorunmağa kömək edə bilər. Boğaz ağrısı və bronxitin müalicəsi üçün səhər və axşam yeməyindən əvvəl ac qarına tut yarpağı çayı içilə bilər.
Tut yarpağı qaraciyəri təmizləyir, ekzema xəstəliyinin müalicəsində istifadə olunur və effektli nəticələr əldə edilir. Tut yarpağının möcüzələri bununla bitmir, bu çay bədəndəki sərbəst radikalların inkişafına mane olur. Beləliklə də tərkibindəki antioksidantlar dərinin qocalma prosesini ləngidir. Bu çayın ağrıkəsici təsirə malik olduğu da deyilir.
Çayın hazırlanma qaydası:
1 litr qaynamış suyun içərisinə 2 yemək qaşığı qurudulmuş tut yarpağı töküb təxminən 2 saat dəmə qoyulur.
Daha çox faydasını görmək üçün çaydan gün ərzində fasilələrlə yeməklərdən əvvəl için.