20 Avqust 2022 22:58
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan FHN Laçın şəhərinə öz yanğınsöndürənlərini göndərib.

Teleqraf.com Musavat.com-a istinadla xəbər verir ki, bu barədə videomateriallar Ermənistanın Teleqram kanallarında yayılıb. Videodan və şərhlərdən belə anlaşılır ki, Azərbaycan bu cəsur addımı yaxın günlərdə ordumuza təhvil veriləcək Laçını qəsdən yandırılmaqdan qorumaq üçün atıb.

Erməni Teleqram kanalları bu barədə yazır: "Bu günlərdə şəhər Azərbaycana təslim ediləndən sonra sakinlərdən biri türklərin yaşamaması üçün evini yandırmaq qərarına gəlib. Ona görə də Laçına yanğınsöndürənlər göndərilib. Əvvəl hamı elə bilirdi ki, şəhərin yaxınlığında Rusiya yanğınsöndürən maşınları növbə çəkir. Lakin sonra məlum olub ki, yanğınsöndürənlər Rusiya sülhməramlılarının müşayiəti ilə Azərbaycandan gəliblər".

Yanğınsöndürən maşınların üzərinə "FHN FÜZULİ", "FHN BEYLƏQAN" yazılıb. Bu da ona dəlalət edir ki, yanğınsönürənlər FHN-in Qarabağ bölgəsinin maşınları və əməkdaşlarıdır.

FHN-in maşınlarını Rusiya sülhməramlıları müşayiət edir. Bu da prosesin 2 dövlətin (Rusiya və Azərbaycan) rəhbərliyi səviyyəsində getməsinin göstəricisidir.

Laçın şəhəri və dəhlizi bir neçə gündən sonra Azərbaycana təhvil veriləcək. Bu prosesə etiraz edən gəlmə ermənilər şəhərdəki və dəhliz boyu yerləşən kəndlərdəki evləri vəhşicəsinə yandırırlar. Azərbaycan bunun qarşısını almaq və doğma, əziz Laçını yandırılmaqdan qorumaq üçün bu addımı atır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər