21 Avqust 2022 19:13
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Google Pixel smartfonlarının müxtəlif modellərinin sahibləri Android 13-ü yeniləndikdən qısa müddət sonra simsiz enerji doldurmada problemlə üzləşiblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Android Authority portalı məlumat yayıb.

Bildirilib ki, əməliyyat sisteminin yeni versiyasının buraxılmasının ilk həftəsində Google Pixel smartfonlarının sahibləri problemlə bağlı Reddit forumunda məlumat verməyə başlayıblar. Bununla belə, şikayətlərin əksəriyyəti Pixel 4 və Pixel 4 XL istifadəçilərindən gəlib.

Bəzi istifadəçilər problemi təhlükəsiz rejimə yükləməklə həll edə biliblər. Google şirkəti də öz növbəsində naqilsiz şarj cihazlarının nasazlığı ilə bağlı vəziyyəti hələlik şərh etməyib.

Qeyd edək ki, Android 13-ün tam buraxılışı avqustun 15-də baş tutub, lakin bəzi Google Pixel sahibləri hələ də yeniləməni almayıblar. Eyni zamanda, bəzi istifadəçilər Android 12-nin yenidən yeniləməsini alıblar.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər