23 Avqust 2022 11:28
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müəllimlərin işə qəbulu imtahanından keçən müəllimlərin yaxın 5 il ərzində sertifikatlaşmada iştirak etməməsini planlayırıq.

Teleqraf.com xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, MİQ imtahanının məqsədi kimin işə götürülməsidir:

"Sertifikatlaşma imtahanının məqsədi isə müəllimlər arasında rəqabəti artırmaqdır. Bu imtahan işləyən müəllimlərin əmək haqları arasında fərq yaradacaq. İstənilən halda bu alqoritm növbəti 4 il ərzində tətbiq ediləcək. Ümumillikdə 35 min müəllimi əhatə edəcək və mərhələli şəkildə müəllimlər sertifikatlaşmadan keçəcək. İlkin mərhələdə ibtidai sinif müəllimlərinin sertifikatlaşması aparılacaq".

Nazir təhsildəki problemlərə də toxunub: "Bizim təhsilimizin ciddi və fundamental problemləri var. Gəlin, pəncərədən qaçan uşaqları yox, o problemləri müzakirə edək".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər