23 Avqust 2022 11:56
300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaricdə təhsillə bağlı prezident fərmanından sonra bu il mühəndislik, elm, texnologiya sahəsində olan tələbələrin xaricə göndərilməsini təmin edirik. İlk il olduğuna görə magistr səviyyəsi üzrə xaricdə təhsil proqramının meyarlarına uyğun gələn müraciətlərin sayı düşündüyümüzdən az olub.

Teleqraf.com xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, 80 nəfər bakalavr, 190 nəfər isə magistr üzrə xaricdə təhsil proqramına seçilib:

"Boş qalan yerlərə də elan verilib. Düşünürəm ki, bu həftə və ya gələn həftə təkrar müraciətlərə baxılacaq. Bu il ümumilikdə 300-dən artıq tələbənin xaricdə təhsil proqramına seçiləcəyini proqnozlaşdırırıq.

Yaxın vaxtlarda xaricdə təhsil Dövlət Proqramının nəticələri açıqlanacaq".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər