Birinci sinifə qəbul baxımından uşağı imtahandan keçirmək nəzəri olaraq düzgün deyil. Lakin məktəbdə 200 yer varsa, 600 nəfər orada təhsil almaq istəyir. Buna görə məcburi şəkildə birinci sinifə qəbul imtahanı keçirilir. Bu da bəzi məktəblərdə tətbiq olunur.
Teleqraf.com xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Bakının 6 məktəbində birinci sinifə qəbul imtahanı ləğv olunub: "Yalnız rus bölməsində bu imtahan qalıb, o da yerlər məhdud olduğu üçündür. Bəzi məktəblərdə(lisey-gimnaziyalarda) birinci sinifə qəbul imtahanı ləğv olunub, 5-ci sinifə qəbul imtahanı keçirilir".