22 Avqust 2022 18:07
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi ‘’Technest’’ Təqaüd Proqramı çərçivəsində bir sıra yeni kurslara qəbul açıq elan edilir. Agentlik dövlət-özəl əməkdaşlığı çərçivəsində Bakı Dizayn Akademiyası ilə birgə gənclərə 3D Dizayn, UX/UI Dizayn və Peşəkar UX/UI ixtisasları üzrə tam və qismən təqaüdlə təhsil almaq fürsətini yaradır.

Teleqraf.com xəbər verir ki, dərslər həm yerli, həm də regionun aparıcı mütəxəssisləri tərəfindən tədris olunacaq. Təqaüd proqramında iştirak etmək üçün son müraciət tarixi 30 avqust 2022-ci ildir. Müvafiq elektron keçidə daxil olmaqla kurslar və qeydiyyat haqqında ətraflı məlumat əldə etmək olar. https://bda.edu.az/teqaud-proqrami.

Sözügedən təqaüd proqramı ilə bağlı Agentliyin ‘’Səriştə və Bacarıqların inkişafı proqramları’’ departamentinin rəhbəri Elnarə Əlizadə bildirib: ‘Çox sevindiricidir ki, Technest çərçivəsində təhsil tərəfdaşlarımızın sayı artmaqdadır. Yeni tədris ilinə Bakı Dizayn Akademiyası ilə birgə start veririk. Ənənəvi yanaşmadan fərqli olaraq yeni tədris ilində tələbələrə tam və qismən təqaüdlərin ayrılması nəzərdə tutulur. Bu format müraciət edənlər arasında sağlam rəqabətin formalaşmasına böyük təkan verəcək. Ümumilikdə 30 nəfər qalib seçilərək Bakı Dizayn Akademiyasında təhsil almaq fürsəti əldə edəcək. İmtahan mərhələlərinin nəticəsindən asılı olaraq 30 tələbədən 6-sı 100%, 15-i 90%, 9-u isə 70% təqaüd əldə edə biləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər