23 Avqust 2022 22:47
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

15 ildir ölkəmizin informasiya təminatında önəmli rol oynayan "Xəzər" televiziyası və “Xəzər Xəbər” informasiya xidmətinin nüfuzundan istifadə edən işbazlar ortaya çıxıb.

Teleşirkətdən Teleqraf.com-a verilən məlumata görə, onlar "Xəzər" televiziyası və “Xəzər Xəbər”in adlarından istifadə edərək müxtəlif sosial şəbəkə platformalarında saxta səhifələr yaradır:

"Daha da pisi odur ki, belə səhifələr yalan, dezinformasiya və ajiotaj yaratmağa hesablanmış mənfi yüklü xəbərlər yayırlar. Bəyan edirik ki, bu cür səhifələrin Xəzər Media Mərkəzi ilə heç bir əlaqəsi yoxdur. Bununla bağlı bütün faktları toplayaraq hüquq-mühafizə orqanlarına müraciət ediləcək. İzləyicilərdən xahiş edirik ki, "Xəzər" televiziyasının və “Xəzər Xəbər”in rəsmi sosial şəbəkə hesablarından başqa eyni adlı saxta səhifələri izləməsinlər. Bir daha Xəzər Televiziyası və “Xəzər Xəbər”lə bağlı məlumatları ancaq rəsmi səhifərimizdən izləməyi sizlərdən xahiş edirik"!

Mövzu ilə bağlı videoaçıqlamanı təqdim edirik:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər