24 Avqust 2022 21:21
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi növbəti hərracda 1 kiçik dövlət müəssisəsi, 10 nəqliyyat vasitəsi özəlləşdirilib.

Teleqraf.com bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 65 sifariş qəbul olunub, bunun 19-u elektron qaydada həyata keçirilib.

Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Binəqədi rayonunda yerləşən “Bünyad Sərdarov adına Maşınqayırma Zavodu” MMC olub. Ümumi faydalı sahəsi 58 472 kvadratmetr, torpaq sahəsi isə 117 787 kvadratmetr olan müəssisə 14 489 788 manata özəlləşdirilib.

Ötən hərraclarda olduğu kimi, bu dəfə də nəqliyyat vasitələrinin özəlləşdirilməsində rəqabət müşahidə edilib.

Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/30SU4lu).

Növbəti hərrac avqustun 30-da keçiriləcək. Hərracda iştirakçılara 55 dövlət əmlakı təklif ediləcək. Bunlardan 6-sı səhmdar cəmiyyətlərin səhm paketi, 12-si kiçik dövlət müəssisə və obyekti, 1-i yarımçıq tikili, 36-sı isə nəqliyyat vasitəsidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər