26 Avqust 2022 11:49
317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yay aylarında ölkəmizdə meşə və əkin sahələrində yanğınların baş verməsi intensiv hal alır. Şimal bölgəsində bütün rayonlarda eyni gündə yanğınlar başladı. FHN olaraq böyük qüvvə ilə yanğınların söndürülməsində iştirak etdik.

Teleqraf.com xəbər verir ki, bunu Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev 2022-ci ilin avqust ayında Azərbaycanda baş vermiş yanğınlarla bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, yanğınlar nəticəsində 211 hektar meşə, 2318 hektar biçilmiş taxıl zəmisi yanıb: "Yanvarın 1-dən 25 avqustadək 10 900 yanğın hadisəsi baş verib. 29 nəfər yanğınlar nəticəsində həlak olub.

Hazırda Qusar və Masallıda İstisu ərazisində baş verən yanğın nəzarət altına alınıb".

Etibar Mirzəyev bildirib ki, işğaldan azad olunmuş ərazilərdə FHN işini davam etdirməkdədir: "Ağdam, Cəbrayıl, Kəlbəcər, Tərtər, Füzuli, Suqovuşan istiqamətlərində Yanğından Mühafizə Xidmətinin əməkdaşları xidmət edirlər.

Cari ilin yanvar ayından bu günə qədər bu rayonlarda 224 yanğın baş verib. İşğaldan azad olunmuş ərazilərdə 3000 hektardan artıq meşə ərazisi yanıb. Bu il ən Füzulidə 1680, Ağdamda 508, Cəbrayılda 208 hektar ərazi yanıb.

Həmçinin, Laçında 31 hektar ərazi yanıb. Hazırda 9 yanğınsöndümə maşını və 46 nəfər şəxsi heyət Laçında növbədədir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər