Cəlilabadın Göytəpə bazarında baş verən yanğınla bağlı insanlara dəymiş ziyan hesablanır. Hesablamalardan sonra müvafiq qərarla dəymiş ziyan insanlara ödənişəcək.
Teleqraf.com xəbər verir ki, bunu Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.
O, şimal regionunda baş verən yanğınların qəsdən törədilməsinə də münasibət bildirib:
"Yanğınların qəsdən törədilib, sonradan o ərazilərin torpaq səhəsi kimi satılması ilə bağlı nəsə deyə bilmərəm. Amma yanğınların 98 faizi insanlar tərəfindən törədilib. Dağlıq ərazilərdə nə yaşayış var, nə elektrik xətti keçir. Zolaq yox, təhlükəsizlik yox. Bunun üzündən də belə yanğınlar baş verir".