27 Avqust 2022 09:38
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan ordusu Laçına nəzarəti bərpa edib. Beş kilometrlik zolaqda rus sülhməramlılarının nəzarətində bizim ən strateji yerimiz idi. İndi buralara Azərbaycan ordusu nəzarət edir. Bundan sonra ermənilər düşünsün ki, Xankəndidə necə qalacaqlar və necə gedib-gələcəklər?”.

Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev deyib.

O əlavə edib ki, Azərbaycan çox asta şəkildə, amma ustalıqla işini görür: “Heç ermənilərin, eləcə də rusların ağlına gəlməzdi ki, Azərbaycan üç il üçün nəzərdə tutulan işi çox qısa müddətə həyata keçirəcək. Azərbaycan öz işini görür, kimin nə deməsi bizim üçün o qədər də önəmli deyil”.

Politoloq qeyd edib ki, ermənilər üçün alternativ yol çəkilsə də, onların istənilən halda gediş-gəlişi problemli olacaq: “Alternativ yol var. Amma iş ondadır ki, ermənilər Xankəndidə qala, keçinə biləcəklərmi?.. Nəzərə alın ki, qarşıdan qış fəsli gəlir. Azərbaycanın köməyi olmadan onların yaşaması asan olmayacaq. Bizim onlara kömək etməyimiz üçün gərək Azərbaycan vətəndaşlığını qəbul etsinlər. Üstəlik demokl qılıncı kimi başları üzərində Azərbaycanın xüsusi təyinatlıları var. Cin iynədən qorxduğu kimi erməni də Azərbaycan xüsusi təyinatlılarından qorxur”.

Cümşüd Nuriyev qeyd edib ki, Qarabağda qalan ermənilər Azərbaycan vətəndaşlığı haqqında düşünməli olacaq: “Onlar bu haqda düşünsünlər, bizim qanunlarımıza əməl etsinlər. Necəki Bakıda yaşayan 30 minə yaxın erməni bunu edir. Əks təqdirdə çıxıb getməlidirlər. Bəli, biz tolerant toplumuq, amma xəyanəti sevmirik. Bizə arxadan vuranları mütləq vuracağıq. Buna şübhə yoxdur”.


Müəllif: Nemət

Oxşar xəbərlər