“Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərliyi ilə Şabran rayonunda böyük bir müşavirə keçirildi. Bu müşavirədə bizim üzərimizə düşən tapşırıqlar və vəzifələr qoyuldu. Göstəriş olundu ki, yanğınların qısa bir müddətdə söndürülməsini təmin edək”.
Teleqraf.com xəbər verir ki, bu sözləri fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev bu ay Azərbaycan ərazisində baş vermiş yanğın hadisələri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Qeyd edək ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun iştirakı ilə respublikanın şimal bölgəsindəki yanğınlarla mübarizə tədbirlərinə həsr olunmuş əməliyyat müşavirəsi avqustun 19-da keçirilib.