8 May 2014 13:21
1 258
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin 4 ayı ərzində Azərbaycanda 7 ana ölümü qeydə alınıb.

Bu barədə Teleqraf.com-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli məlumat verib. İtkilərdən 4-nün bölgələrdə olduğunu deyən nazirlik sözçüsü bildirib ki, ana ölümlərinin çoxu rayonlarda baş verib.

Ümumdünya Səhiyyə Təşkilatının yeni hesabatında isə 1990-cı ildən dünyada ana ölümlərinin 45 faiz azaldığı qeyd olunub. Belə ki, ötən il hamiləlik və doğuş zamanı 289 min qadın ölüb. 1990-cı ildə isə müvafiq göstərici 520 min olub.

Mütəxəssislərin rəyinə görə, ana ölümlərinin 25 faizi artıq çəki, diabet, malyariya, yaxud da QİCŞ-lə əlaqəli olub.

Hesabatda bildirilir ki, ana ölümlərinin ən yüksək olduğu 11 ölkə - Butan, Kamboca, Kabo-Verde, Ekvatorial Qvineya, Laos Xalq Demokratik Respublikası, Maldiv adaları, Nepal, Ruanda, Rumıniya və Timor-Leşti bu tendensiya ilə mübarizədə uğur əldə ediblər. Həmin ölkələrdə ana ölümlərinin səviyyəsini 75 faiz azaltmaq mümkün olub.

Lakin bu müsbət tendensiya bir çox Afrika ölkəsindən yan keçib.

Sənəddə o da qeyd olunur ki, hər il 15 milyon qız (15-19 yaş arası) ana olur. Onların əksəriyyəti cinsi əlaqəyə məcbur edildiyinə görə hamilə qalır.

Naibə


Müəllif: