29 Avqust 2022 10:12
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş prokuror Kamran Əliyev cari il sentyabrın 2-də saat 10:00-da Xaçmaz rayon prokurorluğunun inzibati binasında Xaçmaz, Quba və Qusar rayon sakinlərinin qəbulunu keçirəcək.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Xaçmaz rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

“Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər” – deyə məlumatda qeyd olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər