30 Avqust 2022 17:28
419
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyevin canlı yayımları bundan sonra digər sosial şəbəkə platforması - “İnstagram” üzərindən də yayımlanacaq.

Bu barədə Teleqraf.com-a “Azəriqaz” İB-dən məlumat verilib.

Qeyd edək ki, baş direktor hər həftənin çərşənbə günü saat 15:00-da “Facebook” üzərindən canlı yayım vasitəsi ilə abonentlərin qaz təchizatına aid sual və təkliflərini, problemlərini dinləyərək həlli istiqamətində müvafiq tapşırıqlar verir. Artıq növbəti çərşənbə günü bu sosial əlaqəyə “İnstagram” da (ruslanaliyev.official) əlavə olunacaq. Məqsəd abonentlərin istənilən platformada öz problemlərini səsləndirə bilmək imkanlarını genişləndirməkdir.

Dövlət qurumları arasında ilk olacaq bu geniş tərkibli əlaqə “İnstagram” istifadəçilərinə də əlavə imkanlar yaradacaq. “İnstagram” istifadəçiləri “Facebook” üzərindən canlı əlaqənin effektivliyinin əyani şahidi olacaqlar. Birliyin prioriteti abonent məmnunluğudur!


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər