30 Avqust 2022 21:57
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Qubadlıda minaya düşərək tələf olan Belçika malinuası Dina ləqəbli minaaxtaran itlə bağlı paylaşım edib.

Teleqraf.com xəbər ki, H.Hacıyev paylaşımında yazıb:

“Azərbaycan Minalardan Təmizləmə Agentliyi tərəfindən idarə olunan Belçika minatəmizləyən iti mina partlaması nəticəsində tələf olub. Minatəmizləmə işçisi ağır xəsarətlər alıb. Ermənistanın 30 illik işğalı ərzində basdırdığı minalar ciddi təhlükə yaratmaqda davam edir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər