5 Dekabr 2014 15:57
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni il ərəfəsində “Ümid yeri” uşaq sığınacağının sakinləri üçün master-klass təşkil olunub. “Formaggio” jurnalının təşkilatçılığı ilə keçirilən tədbir paytaxtın tanınmış restoranlarından birində baş tutub.

Teleqraf.com-un məlumatına görə, sığınacağın 6-11 yaş arası sakinləri üçün təşkil olunan master-klassdan öncə animatorlar “Köpük şou” göstəriblər. Şou uşaqların böyük marağına səbəb olub. Daha sonra 13 uşaq pizzanın bişirilmə qaydasını öyrənib. Öz əlləri ilə pizza hazırlayan balacalar elə həmin təamların da dadına baxıblar.

Master-klassdan sonra uşaqlara restoran rəhbərliyi tərəfindən attraksionlar üçün kuponlar təqdim olunub. Çox fərqli gün yaşayan balacalar bu tədbiri heç vaxt unutmayacaqlarını bildiriblər.

Bəkir


Müəllif:

Oxşar xəbərlər