31 Avqust 2022 19:26
450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Alimpaşa Məmmədov saxlandığı istintaq təcridxanasında 234 səhifəlik kitab yazıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədr müavini Elçin Şirinov məlumat verib.

O bildirib ki, komitə sədri Tural Hüseynov ilə birlikdə bu gün Dövlət Təhlükəsizliyi Xidmətinion İstintaq Təcridxanasında Alimpaşa Məmmədovla görüşüblər.

"Görüş zamanı Alimpaşa Məmmədovun saxlanma şəraiti, onun üçün yaradılan şəraitlə maraqlandıq. Heç bir şikayəti olmadı, səhhəti normaldır. Alimpaşa Məmmədov bildirdi ki, istintaq təcridxanasında yazdığı şeir və əsərlərin sayını artırıb. Təcridxanada 234 səhifəlik kitab hazırlayıb. Bildirib ki, həbsdən azad olunandan sonra 234 səhifəlik kitab nəşr etdirəcək. Sabiq icra başçısı həmçinin istintaqın ədalətli aparılacağına ümid etdiyini bildirdi", - E.Şirinov qeyd edib.


Müəllif: Mənbə/Trend

Oxşar xəbərlər