Ali təhsil müəssisələrinin müsabiqəsində 66 724 nəfər iştirak edib, onlardan 48841 nəfəri (o cümlədən 4927 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub.
Bu barədə Teleqraf.com-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Bildirilib ki, 23044 (o cümlədən 253 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 25797 (o cümlədən 4674 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.