Bərdənin Kətəlparaq kəndində yaşanan dəhşətli hadisə gündəmdən düşmür.
Teleqraf.com-un yerli bürosunun verdiyi məlumata görə, günlərdir sosial şəbəkələrdə və media orqanlarında 15 yaşlı qızın təcavüzə uğraması ilə bağlı müxtəlif xəbərlər dolaşır.
Hadisə yerində olan müxbirimizin suallarımızı azyaşlı qızın babası Seyfi İbrahimov cavablandırıb.
Seyfi kişi deyir ki, nəvəsi oğlundan qalan əmanətidir. Eldar adlı oğlu dünyasını dəyişəndən sonra onun üç qız övladını məhz Seyfi baba böyüdüb. Düzdür, gəlinləri öz atası evində yaşasa da nəvələri daim baba evinə gəlib, aylarla, hətta illərlə qalıb.
Öyrəndik ki bu çirkin əməldə günahlandırılan şəxslər Seyfi kişinin gəlininin qohumlarıdır. Tükürpədici hadisə də azyaşlı qız hazırlıqdan gələn zaman baş verib.
Sözügedən çirkin əməl bilinəndən sonra qarşı tərəf yəni cinayətdə təqsirli bilinən şəxslərin yaxınları bu ailəyə qarşı şiddət belə göstərməyə çalışıb. Seyfi İbrahimov özünün və həyat yoldaşının aldğı xəsarətləri göstərir. Ən böyük istəkləri iyrənc əməli törədənlərin qanun çərçivəsində cəzalandırılmasıdır.
Çox cəhd etsək də 15 yaşlı qıza təcavüz etməkdə təqsirli bilinən şəxslərin yaxınlarının fikirkərini öyrənə bilmədik.
Daha doğrusu, danışmaq istəmədilər.
Artıq fakt hüquq mühafizə orqanı əməkdaşlarının nəzarətinə götürülüb.
Hər halda yaşananlar utancverici olduğu qədər də ağırdır. Sössüz ki hadisənin tam təfərrüatı aparılacaq istintaq tədbirlərindən sonra müəyyən olunacaq.