Sabahdan oktyabrın 1-nə qədər "Bakı Metropoliteni" QSC-nin Bənövşəyi xəttinin stansiyalarına giriş saat 23:30-da bağlanacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə qurumun Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, buna səbəb “Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təşkil edilməsi ilə bağlı işə başlanılmasıdır. Odur ki, “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr” stansiyalarında qatarların hərəkəti vaxtından əvvəl məhdudlaşdırılacaq.