6 Sentyabr 2022 10:39
313
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbulu üzrə test imtahanı keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, test imtahanlarında elektron ərizəsi qəbul edilmiş 1 349 namizəd iştirak edib.

Müsabiqənin test imtahanı mərhələsində namizədlərə 35 sual (25 təhsil qanunvericiliyi, 5 məntiq, 5 informatika) verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə imtahan prosesinin gedişini izləyib.

Test imtahan nəticəsi məqbul hesab edilən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Qeyd edək ki, təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər