7 Sentyabr 2022 14:39
339
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müəllimlərin dərs yükünün paylanmasının vahid qaydası yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bəzi müəllimlər bu və ya digər səbəbdən öz dərs saatlarını çox götürmək istəməyə bilərlər və bu, normal prosesdir: "Müəllimin eyni saatı istəməsinə gəlincə, bu saatı onlar arasında bölmək həmişə problem yaradır. Təbii ki hər şey eynidirsə, bizim yeganə müraciət edəcəyimiz ədalətli meyar məhz diaqnostika balıdır.

Gələcəkdə bu işə sertifikasiya balı da təsir edəcək. Burada ədalətsiz heç bir şey görmürəm. Lakin qanunidir deyəndə, ən azından qeyri-qanuni də deyil. Burada kiminsə hüququ pozulmur. Məsələn, 10 saat dərs yükü varsa, hansı müəllimin balı çoxdursa, dərs yükünü ona vermək həm pedaqoji, həm də ədalətlilik baxımından doğrudur. Bununla bağlı başqa bir təklif varsa, biz həmin təkliflərə açığıq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər