“Bir müddətdir ki, qardaş Türkiyədə idim, ölkəyə təzə qayıtmışam. Türkiyədə mənim "Doqquz Bitik" adlı kitabımın altıncı cildi nəşr edildi. Kitab əlimizə çatdıqdan sonra Bakıda təqdimat mərasimi təşkil edəcəyik”.
Bu barədə Teleqraf.com-a sabiq təhsil naziri Firudin Cəlilov məlumat verib.
O əlavə edib ki, qardaş ölkədə olduğu zaman ona iki mükafat təqdim edilib.
Qeyd edək ki, Firudin Cəlilova “Türk Dünyasına 24-cü hizmət ödülü ” mükafatını Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfi təqdim edib.
Firudin Cəlilov eyni zamanda Bayburtda keçirilən Dədə Qorqud tədbiri çərçivəsində “Dədə Qorqud” mükafatına layiq görülüb.