"Azərbaycan məktəblərində təxminən 3 mindən çox müəllim yeri vakantdır".
Teleqraf.com xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.
O qeyd edib ki, həm ötən il, həm də bu il üçün müəllimlərin işə qəbulu üzrə imtahanlarda təqdim olunan vakant yerlərdən bəziləri boş qalıb: "Tutulmayan vakant yerlər dərs saatları daha az olan və ucqar yerdəki məktəblərdədir. Bu il təxminən həm müddətli, həm də müddətsiz müqavilə ilə işə qəbul edilənlərin sayı təqribi 6 min nəfərdir. İl ərzində boş qalan yerlərə müddətli müqavilə ilə işə qəbul aparılacaq".