9 Sentyabr 2022 10:27
357
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Göygöl rayonu, Tülallar kənd sakinləri Zahir Məşdi oğlu Məmmədov və Eşqin Razəddin oğlu Haqverdiyevə məxsus həyətyanı sahələrdə qeyri-qanuni yolla ağac kömürü istehsal edən ocaqxanalar aşkar olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Sıx meşə ilə sərhəddə qanunsuz fəaliyyətlə məşğul olan işbazlar tərəfindən kustar üsülla düzəldilmiş, heç bir yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməyən ocaqxanaların yaşayış massivində, həmçinin meşə ərazisinin yaxınlığında istismar edilməsi yanğın təhlükəsini yaratmaqla, baş verə biləcək yanğının qısa zamanda geniş əraziyə yayılması, eləcə də təbiətə, insan həyatı və sağlamlığına təhlükə riskinə səbəb olur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər