10 Sentyabr 2022 17:06
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Əvəz Zeynallının barəsində cinayət işi başlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

"Faktla bağlı cinayət işi başlanılıb. Hazırda istintaq hərəkətləri həyata keçirilir. Əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Əvəz Zeynallının saxlanıldığı barədə sosial şəbəkələrdə məlumat yayılıb.

***

Tanınmış jurnalist Əvəz Zeynallı Baş Prokurorluğun əməkdaşları tərəfindən saxlanılıb.

Teleqraf.com axar.az-a istinadla xəbər verir ki, bu barədə məlumatı İlkin Rüstəmzadə sosial şəbəkə hesabında paylaşıb.

Hazırda Əvəz Zeynallının ofisində axtarışlar getdiyi bildirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl yerli mediada Əvəz Zeynallının həbsdə olan iş adamının ailəsindən 20 min manat pul tələb etməsi barədə məlumat yayılmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər