10 Sentyabr 2022 16:39
367
12 Punto 14 Punto 16 Punto 18 Punto

“NATO Cənubi Qafqazın sabitliyi və rifahı üçün vacib olan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir”.

Teleqraf.com xəbər verir ki, bunu NATO Baş katibinin Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina tviterdə yazıb.

O, Azərbaycanın 5 erməni hərbçisini təhvil verməsini “yaxşı xəbər” adlandırıb: “Bunun vasitəçilər olmadan, ikitərəfli səylər nəticəsi həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər