10 Sentyabr 2022 23:55
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xural TV”nin baş redaktoru Əvəz Zeynallı təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat verib.

Onun sözlərinə görə, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə ittiham irəli sürülüb. Bu maddə ilə onu 8 ildən 12 ilədək həbs cəzası gözləyir.

Vəkilinin sözlərinə görə, Əvəz Zeynallı özünü təqsirli bilmir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər