“İrəli” İctimai Birliyi Azərbaycan prezidenti yanında Gənclər Fondu ilə birgə “Nəzər nöqtəsi” layihəsinə start verib.
APA-nın şimal bürosunun məlumatına görə, bu gün Qubada layihənin açılış mərasimi baş tutub. Məqsəd dünya arenasında Azərbaycanı uğurla təmsil edə bilən gənclərin hazırlanmasıdır.
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışlarında ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən danışıblar.
layihənin açılış mərasimi Qubada Gənclər Mərkəzində baş tutub. Dekabrın 6-10-da keçiriləcək “Nəzər nöqtəsi” layihəsinin əsas məqsədi dünya arenasında Azərbaycanı uğurla təmsil edə bilən, beynəlxalq rəqabətə davamlı gənclərin yetişdirilməsi, “Mən fəxr edirəm ki, azərbaycanlıyam” fəlsəfəsini izah və təbliğ etməkdir. Layihəyə qatılmaq üçün müraciət edən 200 nəfərdən 87-si müsahibədə iştirak haqqı qazanıb. Müsahibədən sonra isə 31 nəfər seçilib. Açılış mərasimində çıxış edənlər layihənin önəmindən danışıb, son illər gənclər üçün yaradılan imkanları yüksək qiymətləndirib.
“Nəzər nöqtəsi” layihəsi çərçivəsində gənclər beş gün ərzində təlim keçdikdən sonra aldıqları bilikləri tətbiq etmək imkanı qazanacaqlar. Təlimlər “Dağlıq Qarabağ”, “Azərbaycanın siyasəti”, “Dövlət quruculuğu”, “Siyasi analiz və təhlil”, “Komanda quruculuğu” mövzularına həsr olunacaq.