13 Sentyabr 2022 12:40
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya İrəvandan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin həllinə köməklik göstərilməsi ilə bağlı müraciət alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan sərhədində gərginliyin artması ilə bağlı yaydığı məlumatda deyilir.

“Bakı və İrəvanla sıx əlaqə saxlayırıq. Ermənistan rəhbərliyindən mövcud ikitərəfli razılaşmalara uyğun olaraq və KTMT vasitəsilə vəziyyətin həllinə köməklik göstərilməsi xahişi ilə müraciət daxil olub”, - bəyanatda deyilir.

Qeyd edilir ki, Moskva Bakı və İrəvanın bu gün səhər saatlarında Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasına əməl edəcəyini gözləyir.

XİN sentyabrın 13-nə keçən gecə Ermənistan-Azərbaycan dövlət sərhədinin bəzi ərazilərində vəziyyətin kəskin şəkildə gərginləşməsindən “hədsiz narahatlığını” ifadə edib.

“Tərəfləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarına uyğun olaraq vəziyyətin daha da gərginləşməsindən çəkinməyə, təmkinli olmağa və atəşkəs rejiminə ciddi riayət etməyə çağırırıq”, - bəyanatda vurğulanır.

Bəyanatda qeyd edilir ki, Rusiya “Ermənistan və Azərbaycan arasında bütün mübahisələr müstəsna olaraq siyasi və diplomatik yollarla, sərhəd məsələlərində isə ikitərəfli komissiyanın işi çərçivəsində həll edilməlidir” fikrindən çıxış etməkdə davam edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər