Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb xidməti Tibb işləri üzrə iki rəis müavini vəzifəsindən azad olunub.
Teleqraf.com Qaynarinfo.az-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müavafiq əmri ilə polkovnik Rəfiq Faiq oğlu Mirişli FHN Tibb xidməti rəisi tibb xidməti istismar və iqtisadi işlər üzrə rəis müavini, tibb xidməti mayoru Mirzəyeva Aidə Rəfail qızı Tibb xidmətinin rəisinin müavini vəzifələrindən azad edilib. Hər iki vəzifəli şəxs öz istəkləri ilə tutduqları vəzifələrindən azad olunublar.
Nazirin digər əmri ilə 25.07.1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olan, tibb xidməti mayoru Tale Nadir oğlu Əlirzayev FHN Tibb xidməti rəisinin muavini təyin edilib.