14 Sentyabr 2022 09:36
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan sentyabrın 13-də Azərbaycana qarşı təxribata imza atdıqdan sonra hərbi yardım üçün KTMT və Rusiyaya müraciət edib.

Teleqraf.com xəbər verir ki, bundan sonra KTMT üzvləri Ermənistanın müraciətinə baxmaq üçün toplaşıblar.

Toplantıdan sonra KTMT üzvü Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar ölkəsindən Ermənistana sülhməramlıların göndərilməsindən söhbət getmədiyini açıqlayıb.

O əlavə edib ki, rəsmi Nur-Sultan sərhədlərin demarkasiyası və delimitasiyası təcrübəsini tərəflərlə bölüşməyə hazırdır. Tleuberdi bildirib ki, dünən keçirilən KTMT iclası zamanı vəziyyət müzakirə olunub, təqdim edilən məlumatlar nəzərə alınıb. O, həmçinin vurğulayıb ki, daha obyektiv məlumat almaq istəyirlər, çünki İrəvan və Bakıdan müxtəlif məlumatlar daxil olur.

Buna görə də qərara alınıb ki, KTMT-nin baş katibi regiona səfər edib yerindəcə tam məlumat alsın, sonra isə bu barədə dövlət başçılarına məlumat versin.

Tleuberdi onu da qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədi demarkasiya olunmadığından sərhəd pozuntusundan danışmaq kifayət qədər çətindir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər