14 Sentyabr 2022 13:33
273
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Nərimanov rayonunun Fətəli xan Xoyski prospektinin Koroğlu Rəhimov və Aşıq Molla Cümə küçələri arasında yerləşən hissəsində təmir işlərinə start verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, təmir işləri yalnız gecə saatlarında və həftəsonları icra olunacaq. Ümumilikdə təmir işlərinin icra olunduğu hissənin uzunluğu 300 metr, sahəsi isə 5 600 kvadratmetrə yaxındır.

Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınır. Yaxın günlərdə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq.

Aparılan təmir işləri bitəndən sonra yolgöstərici və yolcizgi xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi işləri aparılacaq. Növbəti mərhələlərdə prospektin digər hissələrinin də təmiri nəzərdə tutulur.

2022-ci ildə paytaxtın Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7,6 kilometr təşkil edir.

Ötən ildə “İnvestisiya Proqramı”na uyğun olaraq rayon üzrə ümumi uzunluğu 11 kilometrdən çox olan 15-dən artıq küçə təmir olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər