İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycana başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail səfirliyi məlumat yayıb.
“24 saat ərzində baş vermiş zorakılıq qurbanlarının ailələrinə dərin hüznlə başsağlığımı çatdırmaq istəyirəm və yaralananlara tezliklə şəfa diləyirəm. Qoy Azərbaycan və Cənubi Qafqaz regionu ehtiyac duyduğu və layiq olduğu sülh, təhlükəsizlik və sabitliyini tapsın”, - diplomat vurğulayıb.