Erməni silahlı birləşmələrinin Ermənistan Azərbaycan sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin zabiti, leytenant Ravil Mübariz oğlu Hümbətov İkinci Fəxri Xiyabanda dəfn olunub.
Teleqraf.com xəbər verir ki, əslən Cəbrayılın Yarəhmədli kəndindən olan Ravil Hümbətovun iki azyaşlı övladı var.
O ikinci övladını cəmi üç gün görə bilib.
Mədəniyyət və İncəsənət Universitetinin məzunu olan Hümbətov özünü aktyor kimi də sınayıb.