"Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışı prosesi təxirə salındı".
Teleqraf.com xəbər verir ki, bunu MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, heç bir seçim olmayıb. Seçimin başlayacağı vaxtla bağlı əlavə məlumat veriləcək.
Elektron hökümətin inkişafı mərkəzinin direktor müavini Mehdi Cavadov qeyd edib ki, satışın başlamasına bir neçə dəqiqə qalmış sistemdə problem yaranıb: "ASAN login üzərindəki yüklülük səbəbindən sistemə keçmək mümkün olmayıb. Satışdan əvvəl 100-dən çox test etsək də, bu gün sistemdə problem yaranıb"