"20 il onu tərbiyə etdim. Ona Allahın qanunlarını öyrətdim. Gözəl əxlaqlı, vətənini sevən övlad idi".
Teleqraf.com xəbər verir ki, bu sözləri
20 yaşlı Polad Şirinovun anası Mahirə Şirinova deyib.
Bu gün axşam saatlarında II Fəxri Xiyabanda torpağa tapşırılan şəhidin anası bildirib ki, oğlu şəhid olmaqla ən uca məqama yüksəlib:
"Polad deyirdi, ana şəhid olsam ağlama, mən də ağlamayacam. Çünki Allah onu öz yanına, uca məqamla apardı. Allah onu cənnətinə apardı. Sən güllər içində şirin yuxularda yat, balam, mən də bir gün yanına gələcəm".
Qeyd edək ki, Polad Şirinov Erməni silahlı birləşmələrinin Ermənistan Azərbaycan sərhədində törətdiyi təxribat nəticəsində şəhid olub.