16 Sentyabr 2022 12:00
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2022-2023-cü tədris ilinin ilk dərs gününə start verilib. Bununla bağlı ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti auditoriyaları gəziblər, bu il tələbə adını qazanmış gənclərin dərs şəraiti ilə tanış olublar.

Teleqraf.com xəbər verir ki, öncə Milli Qəhrəman Mübariz İbrahimovun universitetdə ucaldılan abidəsi, həmçinin 44 günlük Vətən müharibəsində qəhrəmanlıq zirvəsinə ucalan ADNSU-nun məzun şəhidləri üçün yaradılmış guşənin önünə əklil qoyulub, onların ruhuna dua oxunub.

İlk dərs günündə birinci kursların təhsil aldığı bir neçə auditoriyalara baş çəkilib. Rektor, professor Mustafa Babanlı tələbələrlə söhbət zamanı sentyabrın 13-də ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatdan söz açıb. Həmin gün düşmən təxribatnın qarşısını alan zaman, həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş digər vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra rektor, professor Mustafa Babanlı tələbələrlə tövsiyyələr verib, onların yaxşı təhsil alması, ixtisaslı mütəxəssis kimi yetişməsi üçün universitetdə hər bir şərait yaradıldığını bildirib və ADNSU-nu seçdiklərinə görə onlara təşəkkür edib.

Qeyd edək ki, bu il ADNSU-ya bakalavr səviyyəsində 3367, magistr səviyyəsində isə 1255 abituriyent qəbul olub. Bundan Əlavə, 464 tələbə ikinci ali təhsil almaq üçün ADNSU-nu seçib. Ümumilikdə isə 2022-2023-cü cü tədris ilində ADNSU-nun bakalavr təhsil pilləsi üzrə qəbul planı 98,6 faiz təşkil edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər